Tətbiq hadisəsi ilə axın başlatmaq (startFlow)

Son yeniləmə: 22 oktyabr 2026 · 5 dəq oxunur

Tətbiq özü axın başlada bilər: məsələn, sifariş ekranındakı «Problem var» düyməsi. Tətbiq Clomni.startFlow çağıranda Clomni yeni söhbət yaradır və həmin hadisənin axınını başladır. Bu trigger yalnız mobil tətbiq (App SDK) inbox-undadır.

Addımlar

  1. 1

    Axını qurun

    1. Kampaniyalar › Axınlar › «Yeni axın», inbox mobil tətbiq kanalı olsun.
    2. «Ayarlar» › «Nə vaxt başlayır»: «Tətbiq hadisəsi».
    3. «Hadisənin adı»: kiçik latın hərfi ilə başlayır, yalnız kiçik hərf, rəqəm və _, 64 simvola qədər. Məsələn order_problem. Bir inbox-da bir hadisə adı bir axında ola bilər.
    4. «Gözlənilən data sahələri»: tətbiqin göndərəcəyi məlumatın adları, məsələn order_id. Ad hərf və ya _ ilə başlayır.
    5. Addımları qurun, statusu «Aktiv» edin və «Yayımla» basın.
  2. 2

    Tətbiqdə çağırın

    «Ayarlar» panelində «Tətbiqdə belə çağırılır» bölməsi Android, iOS, React Native və Flutter üçün hazır kodu göstərir. Nümunə:

    Clomni.startFlow("order_problem", mapOf("order_id" to "A-1042"), openMessenger = true, source = "order_screen")

    openMessenger = true Messenger-i dərhal açır. İstifadəçinin özünün basmadığı hadisə üçün (məsələn, uğursuz ödəniş) false saxlayın: istifadəçi push və ya oxunmamış sayğac ilə xəbər tutur. source söhbətin «Açılma yeri» olur, verilməyibsə event:order_problem.

  3. 3

    Data mətndə

    Data mətndə {{data.order_id}} kimi yazılır, «Dəyişən əlavə et» menyusunda da görünür. İç-içə sahə {{data.order.id}}. Data JSON obyektidir, ən çox 8 KB. Tətbiq sahəni göndərməyibsə, yerində boşluq qalır.

  4. 4

    İşləmirsə

    • startFlow-a axının adı yox, «Hadisənin adı» verilməlidir.
    • Hadisənin aktiv və yayımlanmış axını yoxdursa, heç nə baş vermir, söhbət yaranmır.
    • «Kimə göstərilir» şərtinə uyğun gəlməyən istifadəçidə axın başlamır.
    • «Söhbət başlayanda» trigger-li axın startFlow ilə başlamır.
  5. 5

    Hadisə yadda qalır

    Axın olmasa da, hadisə 90 gün saxlanır. «Şərt» addımının «Tətbiq hadisəsi» yoxlaması istifadəçinin son N gündə (1–90, susmaya görə 30) bu hadisəni göndərib-göndərmədiyinə görə yol seçir.

Sənəd