Qara siyahı: nömrəni bloklamaq

Son yeniləmə: 27 oktyabr 2026 · 4 dəq oxunur

Qara siyahıdakı nömrədən gələn zəng qəbul edilmir: Voice zəngi bitirir, zəng edən isə abunəçinin hazırda əlçatan olmadığını eşidir. Qara siyahı Voice panelində qurulur.

Addımlar

  1. 1

    Qara siyahını açın

    «Ayarlar › Bütün ayarlar › Qara siyahı» səhifəsinə keçin. «Bloklanmış nömrələr» bölməsində «Nömrə və ya nömrələr diapazonunu əlavə et» basın.

    Qara siyahını açın
  2. 2

    Nömrəni yazın

    Nömrəni yazın, istəsəniz şərh əlavə edin və «Əlavə et» basın. Bütün diapazonu bloklamaq üçün sonuna ulduz qoyun: +994 (12) 123-45-* yazsanız, 00-dan 99-a qədər bütün nömrələr bloklanır. Sonra səhifədə «Yaddaşda saxla» basın.

    Nömrəni yazın
  3. 3

    Gizli nömrələr

    «Anonim nömrələrdən daxil olan zəngləri blokla» keçidini açsanız, nömrəsini gizlədən zəng edənlər də qəbul edilmir.

  4. 4

    Çox nömrəni fayldan əlavə edin

    «Fayldan import» bölməsində «Cari nömrələrin siyahısı.xlsx» faylını endirin, yeni nömrələri sətir kimi əlavə edin və «Faylı seç» ilə yükləyin. 5 MB-dək .xlsx olar. Yükləmədən əvvəl panel nəyin dəyişəcəyini göstərir, «Yüklə» basanda tətbiq olunur.