AI agent həssas məlumatı necə gizlədir və hansı mövzularda danışmır
Son yeniləmə: 4 noyabr 2026 · 5 dəq oxunur
Müştəri çatda kart nömrəsi, FİN və ya parol yaza bilər. «Təhlükəsizlik» səhifəsində bu məlumatın AI-a getməməsini və agentin hansı mövzularda danışmadığını seçirsiniz. Səhifəni administrator görür, dəyişiklik dərhal saxlanır.
Addımlar
-
1
Səhifəni açın
«Clomni AI» bölməsində «AI agentlər» siyahısından agentə basın və soldakı menyudan «Təhlükəsizlik» seçin.
-
2
Nəyi gizlətmək olar
Hər biri ayrıca açardır:
- «Kart nömrəsi»: bank kartının nömrəsi. Luhn yoxlamasından keçən nömrə gizlənir, telefon nömrəsi gizlənmir. AI [KART] görür.
- «FİN və şəxsiyyət vəsiqəsi»: 7 simvollu FİN kodu və vəsiqənin nömrəsi (AZE və 8 rəqəm, AA və 7 rəqəm). AI [FIN] və [VƏSİQƏ] görür.
- «IBAN»: bank hesabının IBAN-ı, yoxlama rəqəmləri ilə. AI [IBAN] görür.
- «Parol və kodlar»: «parol», «şifrə», «SMS kod», «PIN», «CVV» kimi sözlərdən sonra yazılan. AI [PAROL] və [KOD] görür. «Parolu unutmuşam» kimi sual gizlənmir.
Yeni agentdə kart, IBAN və parol açarları açıqdır. Bu səhifədən əvvəl yaradılmış agentdə hamısı bağlıdır, lazım olanı özünüz yandırın.
-
3
Gizlətmə necə işləyir
Gizlətmə yalnız AI tərəfindədir. Müştərinin mesajı söhbətdə olduğu kimi qalır və əməkdaş onu tam görür. Maskalı mətn AI modelinə, bilik axtarışına, AI jurnallarına, əməkdaş üçün yazılan xülasəyə və öyrənməyə gedir. AI gizlənən məlumatı görmür, onu kontaktın sahəsinə yaza bilmir və müştəridən yenidən istəmir. Şəkildəki kart və ya sənəd gizlənmir.
-
4
Yoxlayın
«Yoxlayın» sahəsinə bir mətn yazın, məsələn «kartım 4169 7388 1234 5678», və «Yoxla» basın. AI-ın bu mətni necə gördüyü göstərilir. Yoxlama agentin açıq olan açarları ilə işləyir.
-
5
Qadağan mövzular
Agentin ümumiyyətlə danışmadığı mövzuları əlavə edin, məsələn «siyasət», «din», «rəqiblər». Hər mövzu üçün seçin:
- «Nəzakətlə imtina edir»: agent qısa cavabla imtina edir və başqa məsələdə kömək təklif edir;
- «İnsana ötürür»: agent söhbəti əməkdaşa verir. «Nəticələr» səhifəsində bu ötürmə «Seçilmiş mövzu» səbəbi ilə sayılır.
Ən çox 20 mövzu əlavə etmək olar. «Qaydalar»dakı «Bunu etmə» agentin cavabda nəyi etməməsidir, qadağan mövzu isə agentin ümumiyyətlə danışmadığı mövzudur. Agentin işinə aid olan, amma insanın həll etdiyi mövzular üçün, məsələn «geri qaytarma», «Ötürmə və bağlama» səhifəsindəki «Bu mövzular olanda» siyahısını işlədin.