AI Agent söhbəti nə vaxt operatora verir
Son yeniləmə: 27 sentyabr 2026 · 5 dəq oxunur
AI Agent bağlı olduğu kanallarda «Gözləyir» statusundakı söhbətlərə cavab verir. Söhbəti operatora verəndə status «Açıq» olur və söhbət komandanın növbəsinə düşür. Bundan sonra AI həmin söhbətə yazmır.
Addımlar
-
1
Nə vaxt ötürür
- müştəri canlı operatorla danışmaq istəyir;
- cavabı FAQ-larda və sənədlərdə tapmır;
- sual onun edə bilmədiyi işdir və ya bir neçə cəhd kömək etmir;
- köməkçinin iş saatları qurulub və söhbət o saatlardan kənarda gəlib;
- paketinizdə «Clomni AI cavabları» limiti dolub.
-
2
Ötürmə mesajını yazın
Clomni AI › Parametrlər bölməsində «Ötürmə mesajı» sahəsinə müştəriyə göstəriləcək mətni yazın, məsələn: «Sizi operatora yönləndirirəm.»
-
3
İş saatlarını qurun
Eyni səhifədə «İş saatları» hissəsində «Köməkçini iş saatları ilə məhdudlaşdır» açarını yandırın, günləri, saatları və vaxt qurşağını seçin. Bu saatlardan kənarda gələn söhbət birbaşa agentə gedir. «İş saatlarından kənar mesajı» boşdursa, ötürmə mesajı göndərilir.
-
4
Söhbəti özünüz götürün
AI-ın apardığı söhbəti açanda cavab qutusunun üstündə «Bu söhbət hazırda köməkçi və ya bot tərəfindən idarə olunur» yazılır. «Açıq işarələ və mənə təyin et» düyməsi ilə söhbəti götürün.
-
5
Ötürülən söhbət kimə düşür
Kanalda avtomatik təyinat açıqdırsa, söhbət onlayn agentlərdən birinə təyin olunur. Açıq deyilsə, «Təyin olunmamış» siyahısında gözləyir.