Salamlama mesajı qurmaq
Son yeniləmə: 26 sentyabr 2026 · 4 dəq oxunur
Salamlama mesajı müştəri söhbətə başlayanda avtomatik gedir. Hər kanal üçün ayrıca qurulur.
Addımlar
-
1
Kanalın parametrlərini açın
Parametrlər › İş sahəsi parametrləri › Gələn qutular siyahısında kanalın parametrlərini açın. «Parametrlər» bölməsində qalın.
-
2
Salamlamanı aktivləşdirin
«Kanal üstünlükləri» hissəsində «Kanal salamlamasını aktivləşdir» seçimini açın.
-
3
Mətni yazın
«Kanal salamlama mesajı» sahəsinə mətni yazın, məsələn: «Salam! Mesajınızı aldıq, bir neçə dəqiqəyə cavab verəcəyik.»
-
4
Yadda saxlayın
«Yenilə» düyməsini basın. Menyu ilə daha ətraflı cavab lazımdırsa, axın qurun (bax «Veb çat üçün axın (menyu-bot) qurmaq»). İş vaxtından kənar mesaj üçün «İş saatları» bölməsinə baxın.