Clomni Mobile SDK: inteqrasiya təlimatı
v1.0.5 · 72 səhifə · Son yeniləmə: 13 oktyabr 2026
Clomni Messenger-i öz iOS və Android tətbiqinizə qoşmaq: paneldə kanal, açarlar və user_hash, Android, iOS, React Native, Flutter və Unity üçün kod, Firebase və APNs push açarları, problemlərin həlli.
Sənəddən yazılmış məqalələr
- Mobil SDK nədir və kimə lazımdır Clomni Mobile SDK Clomni Messenger-i öz iOS və ya Android tətbiqinizin içində açır: istifadəçi tətbiqdən çıxmadan yazır, söhbət Clomni-də operatorlara düşür. Android, iOS, React Native, Flutter və Unity üçün paket var. «Mobil tətbiq (App SDK)» kanalı hər hesabda açıq deyil: kataloqda yoxdursa, onu Clomni komandası açır.
- Mobil SDK: ilk 15 dəqiqə, sıfırdan ilk mesaja Kanalı yaradın, açarları saxlayın, paketi tətbiqə əlavə edib initialize çağırın, istifadəçini user_hash ilə daxil edin, Messenger-i öz düymənizdən açın. Sonda yoxlayın: Quraşdırma bölməsində cihaz görünür, «Hash-i yoxla» «Düzdür» deyir, «Test bildirişi» bildiriş gətirir, tətbiqdən yazılan mesaj Söhbətlər-də görünür.
- Paneldə Mobil tətbiq (App SDK) kanalını yaratmaq və ayarların yeri Parametrlər › İş sahəsi parametrləri › Gələn qutular › «Gələn qutu əlavə et» › «Mobil tətbiq (App SDK)» › «Qoşul». Sehrbazın 6 addımı var, yalnız birincisi məcburidir. Kanal səhifəsində ayarlar panelin menyusunun yanındakı ayrıca sütundadır, yuxarıda kanalın adı və ← düyməsi: TƏTBİQ (Ümumi baxış, Quraşdırma, Təhlükəsizlik, Push, Təlimat), MESSENGER (Görünüş, Flow-lar, Xəbərlər, CSAT), INBOX (Parametrlər, Əməkdaşlar, İş saatları, Analitika).
- Mobil SDK açarları və istifadəçinin tanıdılması (user_hash) App ID və API açarı tətbiqdə, Identity Secret yalnız serverinizdə saxlanır. Server hər istifadəçi üçün user_hash = hex(HMAC-SHA256(identity_secret, user_id)) hesablayır, tətbiq onu loginUser-ə verir. Rejimlər: Söndürülüb, Tövsiyə olunan, Məcburi. Yeni secret və ya yeni API açarı yaradanda köhnəsi daha 7 gün işləyir.
- Mobil SDK-nı Android tətbiqinə qoşmaq ai.clomni:messenger:1.0.5 paketini əlavə edin, Clomni.initialize-i Application.onCreate-də çağırın, istifadəçini loginUser ilə daxil edin və Messenger-i Clomni.present ilə öz düymənizdən açın. Push üçün öz FirebaseMessagingService-inizdə tokeni Clomni.setDeviceToken-ə, mesajı ClomniPush.handle-a verin və Android 13+ üçün POST_NOTIFICATIONS icazəsini istəyin.
- Mobil SDK-nı iOS tətbiqinə qoşmaq ClomniMessenger paketini Swift Package Manager ilə (və ya CocoaPods-da :git yolu ilə) əlavə edin, Clomni.initialize-i AppDelegate-də çağırın, istifadəçini loginUser ilə daxil edin, Messenger-i ekran göstəriləndən sonra Clomni.present ilə açın. Push üçün Push Notifications capability, AppDelegate-də setDeviceToken və handlePush, panelə Sandbox & Production APNs açarı lazımdır.
- Mobil SDK-nı React Native və Expo tətbiqinə qoşmaq npm install @clomni/react-native, iOS-da pod install. Clomni.initialize-i index.js-də platformanın açarı ilə çağırın. Expo-da Expo Go yox, development build və paketin config plugin-i. Android push: @react-native-firebase/messaging ilə token və setBackgroundMessageHandler. iOS push Firebase-dən keçmir: toxunuşu native delegate tutur, APNs tokeni getAPNSToken ilə verilir.
- Mobil SDK-nı Flutter tətbiqinə qoşmaq flutter pub add clomni_flutter. iOS-da SDK Swift package-dir: Swift Package Manager açıqdırsa plugin onu özü götürür, CocoaPods-da Podfile-a :git sətri lazımdır. Android-də MainActivity FlutterFragmentActivity-dən törəməlidir. main()-də Clomni.initialize, push üçün firebase_messaging (Android) və Runner-də native bildiriş delegate-i (iOS).
- Mobil SDK-nı Unity oyununa qoşmaq Paketi Package Manager-də git URL ilə əlavə edin, native SDK-ları External Dependency Manager (EDM4U) gətirir. iOS build-dən sonra Podfile-dakı pod sətrini :git formasına dəyişin, .xcworkspace-i açın. Clomni.Initialize-i RuntimeInitializeOnLoadMethod ilə çağırın. Android push Firebase Unity SDK ilə, oyun bağlı olanda üçün öz ListenerService-iniz; iOS push Mobile Notifications paketi ilə.
- Mobil SDK push açarları: Firebase (FCM) və APNs Android üçün panelə google-services.json yox, Firebase layihəsinin service account JSON faylı yüklənir (Project settings › Service accounts › Generate new private key). iOS üçün .p8 APNs açarı, Key ID, Team ID və Bundle ID; açar Environment: Sandbox & Production ilə yaradılmalıdır, yoxsa BadEnvironmentKeyInToken. Yoxlama kanalın Push bölməsindəki «Test bildirişi» ilədir.
- Mobil Messenger-in görünüşü, flow-lar, xəbərlər, CSAT və push başlığı Görünüş dəyişiklikləri qaralamada qalır, tətbiqlər yalnız «Dərc et»-dən sonra görür, yeni buraxılış lazım deyil. Flow-lar trigger-ə görə qruplanır: «Söhbət başlayanda», «Tətbiq hadisəsi» (startFlow), «Əl ilə», «Söhbətin statusu dəyişəndə», «Təkrar istifadə olunan». Messenger yalnız dərc olunmuş flow-u işlədir. Xəbərlər ana səhifədə görünür, redaktoru ayrıca səhifədədir. Flow-lar və Xəbərlər bölmələrində «Tətbiqdə necə görünür?» linki SDK-nın ekranlarını göstərir. CSAT kanalın CSAT bölməsindən açılır. Bildiriş başlığı Push bölməsində seçilir.
- Mobil SDK: xətalar, səbəbləri və həlli Əvvəlcə kanalın «Ümumi baxış» bölməsinə və SDK-nın debug loguna baxın. Tez-tez rastlaşanlar: 401 invalid_api_key (səhv platformanın açarı, ləğv olunmuş açar, iOS Bundle ID uyğunsuzluğu), user_hash səhvdir və 403 identity_verification_failed, APNs BadEnvironmentKeyInToken, Android 13 bildiriş icazəsi, panelə google-services.json yüklənməsi, iOS-da Firebase-in Clomni push-unu görməməsi, pod install xətaları, flow başlamır, dil.
- Mobil SDK: tez-tez verilən suallar Minimum versiyalar, SDK-nın ölçüsü (Android AAR təxminən 2 MB, iOS təxminən 3,7 MB), hansı məlumatı topladığı, Apache-2.0 lisenziyası, açar və secret-in dəyişdirilməsi (köhnəsi 7 gün işləyir), bir kanalda neçə tətbiq, test və canlı mühit, push başlığı, CSAT, internet olmayanda iş, Expo və «Powered by Clomni» yazısı.
- Mobil SDK: versiyalar və yeniliklər 1.0.5-də kameranın FileProvider-i SDK-nın öz sinfidir, ona görə Android build-i unity-webview kimi öz FileProvider-i olan kitabxanalarla toqquşmur; Android, React Native, Flutter və Unity 1.0.5-dir, iOS 1.0.4 qalır. 1.0.4-də flow müştərinin yaza bilib-bilməyəcəyini təyin edir: düymələrin altında yazı qutusu qala bilər, «Yazmanı bağla» addımı isə söhbəti flow bitəndən sonra da bağlı saxlayır; bütün paketlər 1.0.4-dür. 1.0.3-də mikrofon düyməsi toxunan kimi cavab verir və bir saniyəlik basış da yazılır; bütün paketlər 1.0.3-dür. 1.0.2-də səsli mesaj, kamera ilə şəkil və video, oflayn növbə və bir neçə düzəliş var; iOS da 1.0.2-dir. Səsli mesaj üçün Android tətbiqi `RECORD_AUDIO` elan etməlidir. 1.0.1-də Android SDK tətbiqin paket adını göndərir və Clomni onu kanalın Android paket adı ilə müqayisə edir: uyğun gəlməsə açar rədd olunur. Android, React Native, Flutter və Unity 1.0.1-dir, iOS 1.0.0 qalır. Yeniləmək üçün paketin versiyasını dəyişin.