WhatsApp API ilə toplu göndəriş (bulk_messages)

Son yeniləmə: 11 oktyabr 2026 · 7 dəq oxunur

Toplu göndəriş bir şablonu bir sorğu ilə çox nömrəyə göndərir. Sorğu qəbul olunur və fonda icra olunur (202 Accepted): min alıcı min ayrıca Meta sorğusu deməkdir, HTTP əlaqəsini o qədər saxlamaq olmur.

Addımlar

  1. 1

    Kim göndərə bilər

    Yalnız administrator. Toplu göndəriş hesabın nömrəsindən minlərlə müştəriyə çıxır və Meta hesabınızın keyfiyyət reytinqinə təsir edir, ona görə bu agent səviyyəsində qərar deyil.

  2. 2

    Sorğunu qurun

    POST /v1/accounts/{account_id}/whatsapp/bulk_messages. Sahələr:

    • channel_id (tələb olunur)
    • template.name və template.language (tələb olunur, bütün alıcılar üçün ümumi)
    • template.parameters: ümumi parametrlər
    • conversation_status: resolved, open, pending
    • status_callback: hər nömrənin vəziyyəti öz ünvanınıza ayrıca gəlir, gecikmə həmin nömrəyə göndərişdən sayılır. Sahələr tək göndərişdəki kimidir
    • recipients (tələb olunur, ən çoxu 1000). Hər alıcıda phone_number (tələb olunur), parameters (bu alıcıya xas, ümumi parametrləri əvəz edir) və contact (name, email, identifier)

    Hər kəsə öz adı ilə yazmaq üçün adı alıcının parameters sahəsinə qoyun:

    {
      "channel_id": 159,
      "template": { "name": "kampaniya_avqust", "language": "az" },
      "recipients": [
        {
          "phone_number": "+994 50 123 45 67",
          "parameters": { "body": { "1": "Kənan" } },
          "contact": { "name": "Kənan Rzayev" }
        },
        {
          "phone_number": "+994 55 111 22 33",
          "parameters": { "body": { "1": "Aygün" } }
        }
      ]
    }
  3. 3

    Cavab: batch_id

    Cavab 202 Accepted ilə gəlir:

    {
      "batch": {
        "batch_id": "7c1f2a3e-9b44-4c2e-8a11-5f0d9b6e2a77",
        "channel_id": 159,
        "template_name": "kampaniya_avqust",
        "total": 2,
        "status": "processing",
        "sent_count": 0,
        "failed_count": 0,
        "pending_count": 2,
        "recipients": [
          { "index": 0, "status": "pending" },
          { "index": 1, "status": "pending" }
        ]
      }
    }
  4. 4

    Nəticəni oxuyun

    GET /v1/accounts/{account_id}/whatsapp/bulk_messages/{batch_id}

    status bütün alıcılar emal olunana qədər processing, sonra completed olur. Hər alıcının nəticəsi ayrıcadır: sent olanda message_id və conversation_id, failed olanda error (məsələn "Invalid phone number: ...").

    Nəticə 7 gün saxlanılır, sonra 404 qayıdır. Mesajların özü və söhbətlər Clomni-də daimi qalır.

  5. 5

    1000-dən çox alıcı

    Siyahını 1000-lik hissələrə bölüb ardıcıl sorğular göndərin. Hər hissə öz batch_id-sini alır.

    • 1000-dən çox alıcılı sorğu 422 qaytarır: A batch can hold at most 1000 recipients
    • boş siyahı da 422-dir: recipients must be a non-empty array
  6. 6

    Göndərməzdən əvvəl

    • Yeni şablonu əvvəlcə 5-10 nömrədə sınayın, nəticəni oxuyun, sonra tam siyahıya keçin: səhv parametrlə min mesaj həm pul, həm reytinq itkisidir.
    • Müştərinin mesaj almağa razılığını (opt-in) alın və sənədləşdirin: razılıqsız toplu göndəriş nömrənin bloklanması ilə bitə bilər.
    • Müştərilər «Şikayət et» və ya «Blokla» seçəndə keyfiyyət reytinqi düşür, bu da gündəlik limiti azaldır.
    • Kampaniya şablonuna sürətli cavab düyməsi qoyun: cavab verən müştəri ilə sonrakı 24 saat pulsuzdur.
  7. 7

    Sürət

    Mesajlar fon növbəsindən keçir. Real sürəti Meta-nın hesabınıza verdiyi limit müəyyən edir, adətən dəqiqədə yüzlərlə mesaj çıxır.

Sənəd