Kontaktları filtrləmək və seqment saxlamaq
Son yeniləmə: 1 oktyabr 2026 · 5 dəq oxunur
Seqment kontaktların saxlanılmış filtridir, məsələn «Bakıdan olanlar» və ya «son 30 gündə yazanlar». Seqmenti ixrac və kampaniya üçün də işlədə bilərsiniz.
Addımlar
-
1
Filtri açın
Sol menyuda «Kontaktlar» səhifəsini açın və yuxarıdakı filtr düyməsini basın. «Əlaqələri süzgəcdən keçirin» pəncərəsi açılır.
-
2
Şərtləri qurun
Sahəni seçin («Ad», «E-poçt», «Telefon nömrəsi», «Ölkə», «Şəhər», «Yaradılma tarixi», «Son fəaliyyət», «Bloklanıb» və fərdi atributlar), şərti və dəyəri yazın. Yeni şərt üçün «Süzgəc əlavə et» basın.
-
3
Tətbiq edin
«Süzgəcləri tətbiq et» düyməsini basın. Siyahıda yalnız uyğun kontaktlar qalır. «Süzgəcləri təmizlə» filtri götürür.
-
4
Seqment kimi saxlayın
Filtr tətbiq olunanda saxlamaq seçimi çıxır. «Ad» sahəsinə seqmentin adını yazın və «Süzgəci saxla» basın. Seqment sol menyuda Kontaktlar › Seqmentlər altında görünür. Adın solundakı düymə ilə emoji seçə bilərsiniz: sol menyuda «#» əvəzinə o görünür.
-
5
Etiketə görə
Kontakta etiket vurulubsa, sol menyuda Kontaktlar altında «Etiket:» bölməsindən o etiketli kontaktlara baxa bilərsiniz.