Messenger-də 7 günlük cavab qaydası

Son yeniləmə: 26 sentyabr 2026 · 4 dəq oxunur

Meta Messenger-də biznesin cavab vermə müddətini məhdudlaşdırır. Müddət müştərinin son mesajından sayılır.

Addımlar

  1. 1

    İlk 24 saat

    Müştərinin son mesajından 24 saat keçməyibsə, istənilən cavabı yaza bilərsiniz.

  2. 2

    24 saatdan 7 günə qədər

    Cavab qutusunun üstündə «Müştərinin son mesajından 24 saatdan çox keçib» bildirişi görünür. Cavabınız Meta-nın Human Agent teqi ilə gedir və mesajın yanında «Human Agent» nişanı olur. Bu teq operatorun özünün yazdığı cavablar üçündür, reklam və avtomatik mesajlar üçün deyil.

  3. 3

    7 gündən sonra

    Bu söhbətə cavab yazmaq olmur. Müştəri yenidən yazanda müddət təzədən başlayır.

  4. 4

    Instagram-da

    Facebook Səhifəsi ilə qoşulmuş Instagram-da da eyni qayda işləyir. «Instagram ilə davam et» ilə qoşulmuş Instagram kanalında adi müddət 24 saatdır, 7 günlük qayda yalnız hesabınız üçün ayrıca açılıbsa işləyir.