Review: scope-ların yoxlanması və rədd səbəbləri
Son yeniləmə: 11 noyabr 2026 · 7 dəq oxunur
Review Clomni əməkdaşının app-ın hər scope-u (icazəni) nə üçün istədiyini oxuyub qərar verməsidir. Məqsəd müştərilərin məlumatını və WhatsApp, Instagram kimi kanalların nömrə və hesablarını qorumaqdır. Aşağı riskli olanlar da daxil, hər scope review-dan keçir. Aşağı riskli scope-lara tez baxılır, yüksək riskli scope-lar üçün hədəf müddət 2 iş günüdür. Review-u gözləyərkən test kanalında sınaya bilərsiniz.
Addımlar
-
1
Göndərməzdən əvvəl
App ayarlarında doldurun: ad və təsvir, şirkət adı və VÖEN, məxfilik siyasətinin linki (
https://), dəstək e-poçtu, məlumat silmə qaydasının linki. App icmalındakı «Live-a keçid» siyahısı nəyin çatmadığını göstərir. Yalnız app-ın indi işlətdiyi scope-ları istəyin: oxumaq kifayətdirsəwriteistəməyin. -
2
Hər scope üçün yazın
- Bu icazə ilə nə edəcəksiniz: ən az 100 simvol. Hansı məlumat, nə vaxt, nə üçün. Hər scope üçün ayrıca mətn: eyni mətni iki scope-a yazmaq olmur.
- Hansı funksiya istifadə edir: ekranın və ya prosesin adı, məsələn «Operator panelində söhbət siyahısı».
- Hansı sahələr saxlanır: məsələn «kontakt adı, telefon, son mesajın vaxtı». Heç nə saxlamırsınızsa, bunu yazın.
Yaxşı izah (
messages:send): «Daxili operator panelimizdə operator müştəriyə cavab yazır, panel cavabı Clomni-yə göndərir. Mesajı həmişə insan yazır, avtomatik göndəriş yoxdur. Gündə təxminən 300 mesaj. WhatsApp Cloud nömrəsində 24 saat keçibsə, panel cavab qutusunu bağlayır və şablon seçməyi təklif edir.» Zəif izah: «Mesaj göndərmək üçün lazımdır.» -
3
Məlumatla iş və test (bir dəfə)
- İstifadə ssenarisi: inteqrasiya ümumilikdə nə edir (məcburi).
- Məlumat harada saxlanır: ölkə, provayder, şifrələnirmi, kim çıxış əldə edir.
- Üçüncü tərəflər: məlumatı başqa xidmətə (məsələn LLM provayderinə) ötürürsünüzmü.
- Saxlama müddəti (gün) və insident bildirişi (saat, ən çox 72).
- Məlumat satılırmı: həmişə «xeyr». «Bəli» ilə forma göndərilmir.
- Test: reviewer-in nəyə baxacağını addım-addım yazın. İnterfeysi olan app üçün 2FA-sız və review bitənə qədər işləyən test girişi verin. Yüksək riskli scope-lar üçün funksiyanı göstərən video linki (5 dəqiqəyə qədər, azərbaycanca və ya ingiliscə).
messages:sendüçün: mesajı kim yaradır (insan, AI, avtomatlaşdırma), gündə təxminən neçə mesaj, marketinq mesajı üçün razılıq necə alınır.exports:runüçün: məqsəd, hədəf sistem, nə qədər tez-tez, fayl nə qədər saxlanır.
-
4
Statuslar
Scope: «Qaralama» (göndərilməyib), «Review-da» (qərar gözləyir), «Təsdiqlənib» (işləyir, tokenə yazmaq olar), «Rədd edilib» (işləmir, düzəldib yenidən göndərmək olar). Yalnız qaralama və ya rədd edilmiş scope göndərilir. Bir app-ın eyni anda bir gözləyən review-u olur. Göndərilmiş review-u qərardan əvvəl geri çəkmək olar, scope-lar qaralamaya qayıdır. Live app-a yeni scope əlavə edəndə köhnə scope-lar işləməyə davam edir, review-a yalnız yeni scope gedir.
-
5
Qərar
- Təsdiq: bütün scope-lar təsdiqlənib.
- Qismən təsdiq: bəziləri təsdiqlənib, bəziləri rədd edilib.
- Düzəliş lazımdır: izahı və ya ayarları düzəldib yenidən göndərin.
- Rədd: bu istifadə qəbul olunmur.
Qərar haqqında e-poçt gəlir. Review səhifəsində reviewer ilə yazışa bilərsiniz.
-
6
Rədd səbəbləri
- R01: icazə təsvir etdiyiniz funksiya üçün lazım deyil. Silin və ya hansı funksiyada işlədiyini göstərin.
- R02: izah qısadır, aydın deyil və ya başqa icazənin mətni ilə eynidir. Hər icazə üçün ayrıca yazın.
- R03: video yoxdur və ya bu icazənin işlədiyi funksiyanı göstərmir.
- R04: test girişi işləmir və ya 2FA tələb edir.
- R05: məxfilik siyasəti açılmır və ya Clomni məlumatının necə işləndiyini yazmır.
- R06: saxlama müddəti və ya app silinəndə məlumatın necə silindiyi göstərilməyib.
- R07: göndəriş həcmi və ya razılıq qaydası spam riski yaradır.
- R08: şirkət məlumatı təsdiqlənmədi (VÖEN və ya qeydiyyat sənədi uyğun deyil).
- R09: ad və ya ikon Clomni və ya başqa brendlə qarışdırıla bilər.
- R10: redirect URI və ya webhook ünvanı təhlükəsiz deyil (HTTPS yoxdur, wildcard var).
- R11: funksiya hələ hazır deyil, hazır olanda yenidən göndərin.
- R12: istifadə qaydalarımıza ziddir (məlumat satışı, icazəsiz izləmə, kütləvi istənməyən mesaj).
-
7
Public app listinqi
App-ı paneldəki App-lar kataloqunda göstərmək üçün listinq də review-dan keçməlidir: review formasında «Listinqi də review-a göndər» seçin, scope-larla birlikdə və ya təkbaşına. Lazımdır: ikon (PNG və ya JPEG, kvadrat, 256-4096 piksel, 1 MB-a qədər), qısa və uzun təsvir, kateqoriya, quraşdırma ünvanı (
install_url,https://), məxfilik siyasəti və istifadə şərtləri linkləri, ən az bir redirect URI. Çatışmayan varsa göndərmək olmur, portalın «Listinq» bölməsi siyahını göstərir. Şirkət yoxlanıbsa, app «Təsdiqlənmiş» nişanı alır. Listinq təsdiqlənəndən sonra ad, təsvir, ikon, kateqoriya, quraşdırma ünvanı və ya linklər dəyişsə, app kataloqdan gizlənir və yenidən review lazımdır. Mövcud quraşdırmalar işləməyə davam edir.Sual və etiraz üçün: [email protected].